Millət vəkilinin instaqram hesabı OĞURLANIB  

16:46 29.11.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Təəssüflər olsun ki, mənim instaqram səhifəm oğurlanıb. Biz hesabın geri alınması üçün bütün mütəxəssisləri cəlb etmişik, ancaq hələ də real nəticə ala bilməmişik. Məcbur olub problemi xarici ölkələrdə çalışan şirkətlərlə həll etmək qərarına gəlmişik.

Bu məlumatı hafta.az-a millət vəkili Naqif Həmzəyev özü bildirib. Onun sözlərinə görə,  bu cür problemlərlə qarşılaşmamaq üçün ilk növbədə çalışmalıyıq ki, sosial şəbəkələrin regional ofisləri ilə əlaqələri dövlət səviyyəsində gücləndirək:

"Azərbaycandan olan istifadəçilərin şəxsiyyətlərinin tanınmasını, onlara təsdiqlənmiş hesablardan istifadə hüququnun verilməsi, xoşagəlməz hallar baş verdikdə dələduzluq edənlərin tapılıb cəzalandırılması təmin edilsin. Bununla yanaşı bizdə kiber təhlükəsizliklə məşğul olan yerli mütəxəssislərin sayı artmalıdır ki, onlar vətəndaşlara xidmət göstərsinlər. Hazırda ölkəmizdə bu sahədə çalışan şirkətlər ya çox azdır, ya da tanınmırlar”.